Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycanda bu telekanal 12 nəfəri işdən çıxardı

Azərbaycanda bu telekanal 12 nəfəri işdən çıxardı

Azərbaycanın 2 idman kanalından biri olan CBC Sport-da 12 nəfər əməkdaş işdən azad edilib.

Lunar.Az sportfm.az-a istinadla bildirir ki, Kanalın Proqramlar Departamentinin 12 işçisi işsiz qalıb. Kanaldan işçilərə səbəb kimi - struktur dəyişikliyini göstəriblər. Onlara əvvəlcədən xəbərdarlıq etmədən bir gündə müqavilələrini ləğv ediblər.

Qeyd etmək yerinə düşər ki, bu departament kanalın ən kreativ departamenti olub.

Departament 2016-cı ildən "CBC Sport" telekanalında 2019 Avropa Liqasının Bakıda keçirilən final oyununa həsr olunan "Birlikdə Bakıda", Azərbaycan millisinin 1996-cı ildə İsveçrə ilə oyundakı qələbəsi haqqında "26-cı dəqiqə", Buzovnanın "Xəzri" komandasından bəhs edən "Xəzridən Xəzriyə", həmçinin "Kubok həyəcanı", "Fotodan üstün... Kənanın ümidləri", "Şahdağ festivalı", "Qırmızı top", "Kubok həyəcanı 2018" və s. kimi sənədli filmlər çəkib, bir çox maraqlı verilişlərə imza atıb. "İmza" verilişi 2017-ci ilin yekunlarına görə Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülüb. "Foto +" verilişi 2022-ci ilin ən yaxşı idman verilişi kimi "Zəfər" mükafatını qazanıb.

Azərbaycanda uşaq və yeniyetmələr idmanından bəhs edən "Ümidlərimiz" verilişi Azərbaycan Milli Olimpiya Komitəsinin keçirdiyi "İdman filmləri və proqramları milli televiziya festivalı" müsabiqənin mükafatçısı olub.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ