Leninqrad vilayətində şəxsi maşını ilə taksi xidməti göstərən sürücü 24 yaşlı sərnişini zorlayıb.
Lunar.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə Kudrovo şəhərində baş verib.
Martın 26-na keçən gecə restoranın yaxınlığında sərxoş qız şübhəli şəxsin maşınına minib. O, yolda yuxuya gedib və kişi tərəfindən zorlananda ayılıb. Daha sonra sürücü zərərçəkmişi maşından ataraq oradan uzaqlaşıb.
Qızın diz nahiyəsindən xəsarət alaraq tibb müəssisəsinə müraciət etdiyi qeyd edilir. İndi hadisəni törədən şəxsi axtarılır.