Kartof dünyada istehlak edilən ən ucuz kənd təsərrüfatı məhsullarından biri olsa da bunu Fransada yetişdirilən “La Bonnotte” haqqında demək mümkün deyildir.
Dünyanın ən bahalı növü olan “La Bonnotte”nin 1 kiloqramı 700 dollara satılır.
Bu, yalnız onun ləzzətli olmasından qaynaqlanmır. “La Bonnette” dünyanın ən nadir kartof növlərindən biridir. Yalnız Fransanın qərbində yetişən kartof ildə 100 ton məhsul verir. Bundan başqa, “La Bonnotte” xüsusi qulluq tələb edir və yetişdirilməsi çətindir.