Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ermənistan sülhdən yayınır - “Hərbi toqquşma qaçılmaz ola bilər”

Ermənistan sülhdən yayınır - “Hərbi toqquşma qaçılmaz ola bilər”

“Ermənistan Avropa İttifaqının mülki müşahidə missiyasını təxribatlarına alət edir”.

Lunar.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla şərti sərhəddə atəşkəs rejimini yenidən pozmağa başlayıb:

“Xüsusilə Avropa İttifaqının yarıhərbi müşahidə missiyasının fəaliyyətə başlayandan sonra bu, mütəmadi xarakter alıb. Ermənistan bunu planlı edir, məqsədi Azərbaycanın adını Avropa İttifaqının missiyasının hesabatlarına “təxribatlara rəvac verən ölkə” kimi yazdırmaqdır. Nikol Paşinyan bir tərəfdən sülh sazişini imzalamağa hazır olduğunu deyir, digər yandan tərəfdən silahlanmada aktivlik göstərir.

Ermənistan prosesi uzatmağa çalışır ki, Azərbaycana qarşı hərbi gücünü artırsın və sərhəd istiqamətdə üstünlük əldə etsin. ABŞ kəşfiyyatı (Mərkəzi Kəşfiyyat İdarəsi) da son hesabatda Azərbaycan və Ermənistan arasında yeni hərbi qarşıdurmanı istisna etmir. Bu da Ermənistan rəhbərliyinin Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınmasından qaynaqlanır. Paşinyan sülh çağırışları etməsinə baxmayaraq, əsas hədəfi “hərbi üstünlüyə” nail olmaqdır. Amma bu baş tutmayacaq, çünki bunun üçün Ermənistanın nə zamanı var, nə də imkanları. Azərbaycan da baş verənlərdən xəbərdardır”.

Məhəmməd Əsədullazadənin fikrinə, Aİ və ABŞ Ermənistana təzyiq etməsə, sülh müqaviləsinin bağlanması real olmayacaq:

“Törətdiyi silsilə təxribatları fonunda Ermənistan rəhbərliyi üçün sülhün prioritet olduğu görünmür. Ermənistan rəhbərliyinin bu il də sülh müqaviləsindən yayınmağa çalışacağını düşünürəm. Eyni zamanda, Azərbaycanın bütün mümkün gəlişməyə hazır olduğu qənaətindəyəm. Belə davam edəcəksə, hərbi toqquşma qaçılmaz ola bilər”.

Mənbə:Teleqraf









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ