Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gizli bilgi ötürüldü: Rusiya çevriliş hazırlayır – Hədəfdəki ölkə

Gizli bilgi ötürüldü: Rusiya çevriliş hazırlayır – Hədəfdəki ölkə

ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olan şəxslər Moldovada hazırkı hökuməti devirmək və orada rusiyapərəst rejim qurmaq məqsədilə etiraz aksiyaları təşkil etməyi planlaşdırırlar. Vaşinqtonun kəşfiyyat məlumatlarının məxfiliyini ləğv edəcəyi bildirilir.

Lunar.az xəbər verir ki, bu barədə CNN Ağ Ev nümayəndələrinə istinadən məlumat yayıb.

Telekanal qeyd edir ki, son günlər Kişinyovda baş verən anti-hökumət aksiyaları əsasən rusiyayönlü “Şor” Partiyası tərəfindən təşkil olunur.

“ABŞ hesab edir ki, Rusiya Avropa İttifaqı ilə sıx əlaqələrə can atan Moldova hökumətini zəiflətməyə çalışır”, - Ağ Evin rəsmi nümayəndəsi Con Kirbi deyib.

Amerikalı rəsmilərin sözlərinə görə, Ağ Ev hələlik Moldovaya birbaşa hərbi təhlükə görmür. Buna baxmayaraq, Vaşinqton Rusiyanı öz planlarından çəkindirmək və Moldovada hakimiyyət dəyişikliyinin qarşısını almaq niyyətindədir.

Mənbə:Teleqraf








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ