İranda universitet tələbəsi hökumət qüvvələri tərəfindən qaçırıldı
İranda universitet tələbəsi hökumət qüvvələri tərəfindən qaçırılıb.
Lunar.az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.
Bildirilib ki, İranda Kərəc şəhərinin Qızlar Texniki-Peşə Universitetinin tələbəsi Sarina Mahmud-Salehi universitetin yataqxanasında zəhərlənməsi xəbərindən sonra martın 4-ü axşam saatlarında mülki geyimli hökumət qüvvələri tərəfindən qaçırılıb.
Qız tələbəni həbs edən orqan və onun hazırki durumu barədə dəqiq məlumat yoxdur.