Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycanın separatçı "OVU" BAŞLADI - İlk zərbə VURULDU: Darmadağın ediləcək...

Azərbaycanın separatçı "OVU" BAŞLADI - İlk zərbə VURULDU: Darmadağın ediləcək...

"Daha əvəllər də bildirmişdim ki, 2023-cü il Azərbaycanın Qarabağa qayıdış məsələsində kritik il olacaq, həm əhalimizin köçürülməsi baxımından, həm də ərazilərin erməni silahlılarından təmizlənməsi məsələsində".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Azərbaycan sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasına qayıdış üçün parktiki addımlara start verib:

"Nəticə etibarı ilə bu proseslər artıq başlayıb. Hesab edirəm ki, biz bununla da dayanmamalıyıq. Ümumiyytlə rus sülhməramlılarının nəzarətində olan bütün ərazilərimizin perimetri boyunca mövcud olan bütün fəaliyyətlərimizin miqyasını daha da genişləndirməliyik. Heç bir halda Azərbaycan ərazilərində, - bu, rusların müvəqqəti nəzarət etdiyi ərazilərə də aiddir, - heş bir qüvvə - nə separatçılar, nə sülhməramlılar Azərbaycanın dövlət orqanlarının, o cümlədən Ordumuzun və güc strukturlarının fəaliyyətinə nəzarət edə bilməz. Buna yalnız və yalnız Azərbaycan dövlətinin səlahiyyəti çatır.

Bundan sonrakı addım olaraq biz paralel şəkildə həmin o kameraların quraşdırıldığı mövqeləri də darmadağın etməliyik. Yəni artıq bu məsələdə tərəddüd etməyin, nəyisə gözləməyin, prosesləri daha təmkinlə, daha uzunmüddətə planlaşdırmağın artıq bir mənası qalmayıb. Çünki artıq hamıya məlumdur ki, Azərbaycanın iradəsindən kənar Qarabağda kimsə hansısa öz məqsədlərinə, məkirli planlarına uyğun fəaliyyət həyata keçirə bilməz.

Biz bunu Ruben Vardanyan nümunəsində də həm Ermənistana, həm separatçılara, həm də onları dəstəkləyən qüvvələrə aşkar şəkildə nümayiş etdirmişik. Bəli, biz öz vətəndaşlarımızla dioloqa hazırıq, amma bu o demək deyil ki, biz həmin ərazilərdə silahlıların mövcudluğu ilə razılaşmışıq. Xeyr, bu prosesləri bir-birindən ayırmaq lazımdır. Yəni öz vətəndaşlarımızla (Qarabağın yerli erməni əhalisi ilə), həm də Ermənistanla danışıqlar davam edir. Eyni zamanda güc strukturlarımız da üzərlərinə düşən vəzifələri, o cümlədən rus sülhməramlılarının indiyə qədər yerinə yetirmədikləri "silahlıların təmizlənməsi" məsələsini yerinə yetirirlər. Yəni hərə öz üzərinə düşən funksiyaları paralel şəkildə yerinə yetirməyə davam etməlidir.

İstənilən halda bu sadalanan proseslər, baş verən fəaliyyətlər Azərbaycanın silahlıların təmizlənməsi istiqamətində daha adekvat, daha təsirli və effektiv addımlar atacağını ehtimal etməyə əsas verir".

Qeyd edək ki, Öncə Ruben Vardanyan "vəzifəsindən" uzaqlaşdırıldı, Xocalıda iki gün əvvəl Qarabağın erməni icması ilə istədiyimiz görüş baş tutdu, dünən isə qanunsuz erməni dəstələrinin postlarında olan kameralar hərbiçilərimiz tərəfindən sıradan çıxarılıb. Ehtiamallar yüksəkdir ki, sülhməramlıların müvıəqqəti nəzarət zonasına qayıdış gözləniləndən də tez baş tuta bilər.

Təhməz Əsədov








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ