Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bəxtiyarın "itirdiyi" ixtiyarlar: Neçə-neçə qız-gəlin, yetkinlik yaşına çatmayan...

Bəxtiyarın "itirdiyi" ixtiyarlar: Neçə-neçə qız-gəlin, yetkinlik yaşına çatmayan...

Sosial şəbəkələrdə özünü cəmiyyətdəki radikal narazı elektoratın təmsilçisi kimi qələmə verən Bəxtiyar Hacıyevlə bağlı ortaya çıxan faktlar onun barəsində yüksək fikirdə olanların yenidən və ciddi şəkildə düşünməsinə fürsət yaratdı.

Bir müddətdir ki, şouluq edərək Azərbaycan dövlətinin əleyhinə qarayaxma kampaniyası aparmaqla məşğul olan bu ictimai fəalla bağlı seks-şpionajla məşğul olması barədə məlumatlar hər gün yenilənir. Hətta məsələ o yerə çatıb ki, bir vaxtlar onu müdafiə edən, ona görə həbsini belə gözə alan bir sıra ictimai fəallar və müxalifətçilər Bəxtiyarı müdafiə etdiklərinə görə indi özlərini günahlandırmağa, peşmanlıq çəkməyə başladılar. O insanlar ki, hətta Bəxtiyarın "qəsdən şərlənərək" həbs olunması ilə bağlı sosial şəbəkələrdə piar apararaq, onu müdafiə etməyə çalışırdılar.

Bəxtiyar Hacıyevin seks-şpionajla, seks-şantajla məşğul olduğu, dost-tanış, "cəbhə yoldaşı", sirdaşı demədən onların nişanlısına, sevgilisinə, həyat yoldaşına göz dikərək min cür üsulla tovladığı ilə bağlı faktların qənşərə çıxmasının ilk işartlıarı hələ illər öncəyə gedib çıxırdı. Bu insanı hətta pedofil kimi təqdim edib, onun əməlini deyənlərə hücumlar edənlərin özləri belə bu gün Bəxtiyarın xəyanəti ilə üz-üzədirlər, zərərçəkən qismində hansı addımı atdıqlarına görə özlərini tənbeh edirlər. Amma nə fayda, olan oldu-keçən keçdi. Olan yenə sizə oldu.

Ən dəhşətlisi isə hətta onun aldatdığı xanımlar arasında yetkinlik yaşına çatmayanlar da var. Hətta o xanımlardan birinin Bəxtiyar Hacıyevin xaricə təhsil üçün göndərdiyi dostunun nişanlısı olduğu deyilir.

Bəxtiyar hələ 2008-2011-ci illərdə o vaxtkı "Dalğa" Hərəkatında olan yaşı yetkin olmayan Reyhan Dumana "padxod"larına görə Ramin Hacılı tərəfindən ifşa edilmişdi.

Bundan sonra 2021-ci ildə onun feminist qadın Nərmin Şahmarzadə ilə də intim söhbətləri haqqında yazışmaları sosial şəbəkələrdə açıq formada ictimailəşmişdi. Həmin vaxt özünün seks aclığına bəraət qazandırmağa çalışan B.Hacıyev bunu şəxsi həyatına müdaxilə adlandırmışdı.

Lakin bu gün ortaya çıxan faktlar, dəlil-sübutlar mələk cildində evlərinə dəvət etdikləri Bəxtiyarın kimliyinə bir işıq salmış oldu. Artıq hər kəsə məlum olan həqiqətlər bir vaxtlar onunla çiyin-çiyinə dayanmağı seçən, "silahdaşları" olan şəxslərin ondan üz döndərməsinə, hətta ona qarşı qisas hissi ilə yaşamasına kimi vəziyyəti gətirib çıxardı.

Məlum olub ki, Bəxtiyar Hacıyev salam verdiyi, illərlə dostluq etdiyi, evində çörək yediyi kişilərin qadın ailə üzvlərinə qarşı əxlaqdan uzaq hərəkətlərə yol verib. Və bu yaramazlığının görüntülərini, mesajlaşmaları üzərindən aylar, illər keçməsinə rəğmən telefonunda saxlayıb, mesaj bölməsindən silməyib.

Ortaya çıxan bu iyrənc materiallar - yazışmalar, videogörüntülər, səs yazıları bu adamın nə qədər mənən yoxsul bir adam olduğunun göstəricisidir. Bəxtiyar Hacıyev salam verdiyi, illərlə dostluq etdiyi, evində çörək yediyi kişilərin ailə üzvlərini, arvadlarını, bacılarını, nişanlılarını öz yatağına çəkərək əlxaqlsızlığın, mənəviyyatsızlığın ən pik həddini nümayiş etdirib.

Onun bu addımından ancaq belə nəticə çıxır ki, Bəxtiyar qadınlarla arasında olan intim həyatını əks etdirən həmin mesajları saxlamaqla zaman-zaman seks ehtiyaclarını ödəmək üçün məhz həmin qadınlara qarşı şantaj məqsədilə istifadə edirmiş.

2010-cu ildə olan yazışmanı bu günə kimi saxlamağın başqa adı yoxdur. Demək ki, onun məqsədi həmin xanımları şantaj etmək olub. Axı heç kəs bir yazışmanı 12-13 il saxlamır.

Eyni vaxtda onlarla qadınla yazışan Bəxtiyarın bu iyrənc əməlini pisləyən, ona verdiyi dəstəyə görə indi peşmançılıq çəkənlərin siyashısı isə hər gün artmaqdadır. Belələrindən, onun ən yaxın "silahdaşlarından" hesab edilən İlkin Rüstəmzadə özünün "facebook" hesabında canlı yayım edərək, Bəxtiyarı seksual manyak adlandırdı.

İ.Rüstəmzadə bildirib ki, "Mən bundan sonra Bəxtiyar Hacıyevi müdafiə etməyəcəm, onu müdafiə edənləri də səmimi qəbul etməyəcəm. Bəxtiyarı kim müdafiə edəcəksə, onları da əxlaqsız hesab edəcəm. Mən çox böyük qələt edib indiyədək onu müdafiə etmişəm. Çox böyük səhv etmişəm, onu aclıq aksiyasına görə müdafiə etmişəm. Əlsində, B.Hacıyev aclıq aksiyası keçirməli deyildi, o, seks aclığından əziyyət çəkən manyakdır".

Belə demək mümkünsə, son olaylardan sonra sular bir qədər duruldu və dibindəki daşların bəziləri göründü, amma bəziləri

Bu faktlar deməyə əsas verir ki, B. hacıyev onu "demokrat", "mübariz", "qəhrəman" deyə dəstəkləyənləri uzunqulaq yerinə qoyaraq, öz məqsədləri üçün istifadə etməklə məşğul olub.

Ən dəhşətlisi isə budur ki, Hacıyev son vaxtlara qədər iddia edirdi ki, əslində deputat seçilib, amma haqqını əlindən alıblar. Məhz bu gün ondan üz döndərən, özlərinə qarşı böyük xəyanətə şahid olan ona züy tutan bir qrup Bəxtiyar Hacıyevi özlərinin deputat saydıqlarına görə yəqin ki, indi çox peşmandırlar.

İndi "deputat"larının qrup seksi sevdasına münasibətlərin də göz önündədir. Boşuna deyilməyib ki, zaman ən böyük çarədir. Artıq "intim həyat toxunulmazdır" çürümüş bəhanəsi də keçmir, heç o bəhanəni dilə gətirənə də artıq Bəxtiyarın köhnə "kruqunda" yaxşı baxmırlar.

Doğrudur, onun şəxsi həyataına heç kimin qarışmağına ixtiyarı yoxdur. Özü bilər kimlə nə edib, nə etməyib. Lakin "şəxsi həyatla siyasi fəaliyyəti qarışdırmaq olmaz deyənlər, başda Əli Kərimli kimiləri bir anlıq düşünsünlər ki, Bəxtiyarın tovladığı xanımların yerinə onların öz ailəsindəki xanım xeylaqları da ola bilərdi.

Necə ki, Müsavat başqanı Arif Hacılının qızı Natavan kimi. Adam ərinməyib Natavanla sevişmək üçün Bakıdan durub Bostona gedib. Subayla, tək qadınla görüşməyini başa düşdük, daha sənə ofisinə pənah gətirən qız-qadınlara, sektorda nüfuzlu xanımlara, salamlaşıb görüşdüyün, öpüşdüyün partiya sədrlərinin qızına tamah salmaq, seks obyekti kimi baxmaq nə vaxtdan şəxsi həyat oldu?!

Axı şəxsiyyətdə şərəfsiz, əxlaqsız, mənəviyyatsız olan adam necə siyasətlə məşğul ola bilər? Siyasətində bir əxlaqı olmalıdır. Axı heç Arif Hacılı, İsa Qəmbər, Tofiq Yaqublu da belə etmir.

Əxlaq, mənəviyyat deyilən bir şey var. Görünür, hələ də Bəxtiyarı məhz bu hərəkətlərinə görə müdafiə edənlərin yaxınları onun yataq qurbanlarına çevrilməyiblər, yaxud da...

Mustafa Ömər








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ