Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
“Atam xəstəxanadan evə gələndə dedi ki...” - Hacı Şahinin oğlu

“Atam xəstəxanadan evə gələndə dedi ki...” - Hacı Şahinin oğlu

"Atamın ürəyindən heç vaxt şikayəti olmayıb. Son gün xəstəxanaya müraciət edəndə düşünürdü ki, ağrı mədəsindədir".

Lunar.Az xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında mərhum ilahiyyatçı hacı Şahinin oğlu Hüseyn Həsənli deyib.

2016-cı ildən ürəyində problem olduğu barədə yayılan məlumatlarla bağlı suala Hüseyn Həsənli belə cavab verib:

"Xeyr, yalan məlumatdır, bir ara mədəsində problem yaranmışdı, həmin gün də elə bilib yenə ağrı mədəsindəndir. Lakin həkim müayinəsi zamanı məlum olub ki, problem ürəyindədir. Xəstəxanadan evə gecə gəldi. Gələndən sonra atamla danışdıq. Hər şeydən söhbət etdik, ölüm barədə də danışdı. Dedi, mənim üçün ölüm asandır".

O, qardaşı Səccadın hələ də atasının ölümündən xəbərsiz olduğunu söyləyib:

"Çox yaxşı ata idi. Daim ata kimi gözəl məsləhətlər verirdi, insanlara xidmət etməyi tövsiyə edirdi. Ən uca və ali məqamı insanlara xidmətdə görürdü. Deyirdi ki, insanlara xidmət etməklə ucalırsan. Evimizin nuru idi, həmişə başımızın üzərində idi. Allah bizə səbir versin. Böyük və ağır itkidir, tək ailəmizə yox, bütün millətə..."

Qeyd edək ki, hacı Şahin Həsənli martın 2-si gecə saatlarında vəfat edib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ