Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bəylə gəlin toy gecəsi zəlzələdə öldülər - Əcəl ən xoş günlərində gəldi - FOTO

Bəylə gəlin toy gecəsi zəlzələdə öldülər - Əcəl ən xoş günlərində gəldi - FOTO

Əsrin fəlakəti olaraq xarakterizə edilən zəlzələdə Hatayda evlənən Elif və Halil İbrahim Aksoy cütlüyü evləndikləri gün İskəndərunda yaşadıqları evdə dünyalarını dəyişiblər.


Lunar.Az türküstan-a istinadla bildirir ki, bazar günü Elif və Halil İbrahimin toyu olub. İskəndərunda ev alan cütlük Normalda Antakyalıdırlar. Toy günü İskəndərundan aldıqıları evdə dünyalarını dəyişiblər.

Mərhum gəlinin qardaşı toy gecəsindən danışıb.

Bacısı Elif Aksoyun toy gecəsi dünyasını dəyişdiyini bildirən qardaşı Murat Bilgə "O gecə bura qar yağmışdı. " yollar bağlı idi" bəyin valideynləri dedilər ki, gəl burada otur. Bacım qayınanası gildə oturduqdan sonra gecə saat 3.30 radələrində İsgəndəruna getdilər.

Bacımı aparan dostum deyir ki, 'ikinci mərtəbədəki evə getdilər. 30-40 metr irəlilədim, qiyamət qopdu." O, binaların bir-bir uçduğunu gördüyünü söylədi".

Toy gecəsi həyatını itirən bəylə gəlindən geriyə qalanlar isə zəlzələdən saatlar əvvəl çəkilmiş fotoşəkillər və görüntülərdir.


Məqaləyə dair fotomateriallar:













İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ