Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Xoşqədəmdən yığılan müalicə pulunu verməməyi ilə bağlı iddialara CAVAB

Xoşqədəmdən yığılan müalicə pulunu verməməyi ilə bağlı iddialara CAVAB

Övladının müalicəsi üçün "Səni axtarıram" proqramına müraciət edən vətəndaş yığılan pulun ona verilmədiyini iddia edir.

Lunar.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Reportyor.info-ya danışan Ramiz Şıxəliyev övladı Ceyhunun xəstəliyi ilə bağlı ötən ilin mayında aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişinə müraciət etdiyini bildirib.

Onun sözlərinə görə, özlərinə aid bank kartında təxmini 14 min vəsait olub: "Amma Xoşqədəm xanımın paylaşdığı bank kartında ayrıca vəsait yığılıb. Orada daha çox məbləğ var. Biz efirlərə çıxdıqdan sonra Ankarada Gülhanə xəstəxanasına getdik, amma uşaq normal müalicə edilmədi, narazı qaldıq. Adını qoydular ki, gecikib. Bizim şəxsi kartda olan 10 200 dollarla Türkiyəyə getmişdik. Yəni efirdə yığılan puldan bizə verilməmişdi. Xoşqədəm xanım Türkiyədə normal şəraitdə qalacağımıza söz vermişdi, onu da etmədilər, bərbad bir yerdə öz hesabımıza qaldıq. Bakıya qayıdandan sonra Xoşqədəm xanımdan pulu istədik. O da mənə dedi ki, uşaq sağalmayacaq. Sonra dedi ki, çıx efirə və çağırış elə ki, həmin pul xəstə uşaqlara sərf edilsin, onda verəcəyəm. Mən də efirdə çağırış elədim, ondan sonra Xoşqədəm xanım yenə pulu vermədi, məni "blok" etdi. Hətta Azərbaycanda pulsuz loqoped vəd vermişdi, onu da etmədi. Bizi aldatdılar, Ceyhun üçün yığılan pulu vermədilər".

R. Şıxəliyev bildirib ki, bununla bağlı Daxili İşlər Naziri Vilayət Eyvazova və Baş Prokurorluğa müraciət edib: "Mən övladımın xəstəliyi üçün yığılan vəsaiti istəyirəm. Çox xahiş edirəm ki, dövlət bu məsələni araşdırsın".
Ətraflı

Aparıcı Xoşqədəm Hidayətqızı isə məsələyə öz proqramında reaksiya verib.

Belə ki, adıçəkilən ailənin efirə dəvət olunmasından və onlara necə köməklik göstərilməsindən danışan aparıcı bildirib ki, bu ailənin övladının müalicəsi üçün ayrılan pul vaxtilə Ankaraya müalicə üçün göndərilən, amma vəfat edən uşaq üçün toplanan vəsait olub: "O ailə özü də əvvəlcədən bizə müəyyən qədər pul vermişdi. Uşaq ora gedəndən sonra babası gəlib dedi ki, biz istəmirik orada qalsın, çünki yanında bir neçə nəfər olmalıdır. Bunu hoca ilə danışıb yoluna qoyduq. Daha sonra baba yenidən bura gəldi və dedi ki, uşaqda ikinci bir xəstəlik də var, biz istəmirik orada qalsın. Mən də bildirdim ki, axı uşaq ora göndərilib, qoyun qalsın. Necə yalvarırdım... Dedim ki, qoy müalicəsini alsın. Amma baba dedi ki, "istəmirik, onsuz da müalicəsi yoxdur". Müalicəni istəməyəndə öz verdikləri pulu geri istədilər. Bundan əlavə, bildirdilər ki, digər pul başqa uşaqların müalicəsinə xərclənsin. Sənəd imzaladı, pulunu götürdü. Mən dünən bilirəm ki, bir ay öncə uşağın atası bizə zəng edir və deyir ki, "Almaniyaya müraciət etmişəm, uşağı orada müalicə etdirəcəyəm. Bunun üçün pul yığaq"".

X.Hidayətqızının sözlərinə görə, vətəndaş o vaxt övladının müalicəsi üçün ayrılan pulu istəyir: "Həmin pul vəfat edən Amin üçün yığılmışdı. Daha sonra bu uşaq üçün ayırdıq. Özlərinin istəyi ilə də başqa uşaqların müalicəsinə ayrıldı. Özü də deyir ki, "Mən studiyada oturduğum günlərdə pul elə bizim uşağa görə göndərilib. Başa düşmürlər ki, hər şey banklarla olur və tarixlər var".

Aparıcı daha sonra həmin valideynin səsyazısını da yayımlayıb. Səsyazısında da valideyn yığılan puldan bir qəpik istəmədiyini bildirib. X.Hidayətqızı artıq hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ