Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Təranənin övladları sığınacağa verilib

Təranənin övladları sığınacağa verilib

“Bir neçə gün əvvəl Təranə Səmədovanın qonşuları zəng etmişdi ki, uşaqlar acınacaqlı vəziyyətdədir, analarının şiddəti ilə üzləşirlər, küçədədirlər. Biri 7 aylıqdır, digəri 13 yaşındadır. Qonşulara tövsiyə etdim ki, onlar əvvəlcə İcra Hakimiyyətinə müraciət etsinlər. Çünki Hüquq Mühafizə Orqanları, İcra Hakimiyyəti, Sosial Müdafiə Fondu kompleks şəklində uşaqların müdafiəsini həyata keçirməlidir”.

Lunar.az yazır ki, bu sözləri “Ümid ilə gəl” verilişinə Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə həbs olunan prodüser Təranə Səmədovanın övladları haqda deyib. O bildirib ki, uşaqlar hazırda onun sığınacağındadır və digər proseslər üçün hüquqi işlərə başlanılıb:

“Uşaqlar müvəqqəti Rəqsanə İsmayılova tərəfindən himayə edildi. O qanunları bildiyi üçün nəzərə aldı ki, bu uşaqlar ona özgədir. Həm də qanunvericilikdə uşaqların valideynləri qədər dövlət də qəyyumudur. Rəqsanə İsmayılova ötən gün Hüquq Mühafizə Orqanlarının, Binəqədi Polis İdarəsinin əməkdaşının, eyni zamanda Xətai Rayon İcra hakimiyyətinin yetinlik yaşına çatmayanlarla iş komisiyyasının məsul katibinin iştirakı ilə uşaqların qəbul edilməsi həyata keçdi. Artıq ilk prosedur başa çatdı. Dövlət nəzarətə götürəcək. Bizim sığınacaq qeyri-hökumət təşkilatıdır. Amma hər addımımız dövlətlə qarşılıqlı əməkdaşlıq şəklindədir. Hələ ki adaptasiya olunurlar. Birinci gecəni keçirdik. Şükür ki, hər şey qaydasındadır. Deyim ki, psixoloji gərginliyi var. Yoxdur. Çünki uşaq evdə o qədər xoşagəlməz hadisələrlə qarşılaşıb ki, sığınacaq onun üçün rahat mühitdir. Diqqət-qayğı görür”.

K. Ağazadə həm də aparıcı Tarix Əliyevin “Təranənin qızını dilənçiliyə məcbur etdiyi deyilir” iddiasına da aydınlıq gətirib:

“Sizin dediyiniz məsələlərlə bağlı qonşular da məlumat vermişdi, uşaq da özü bəzi məqamları bildirib. Bunlar üçün hüquqi qiymət verilməlidir. Sosial Xidmətlər Agentliyinin mütəxəssislərini dəvət edəcəm, bizim psixoloqlar da ilkin söhbət aparıb. Sonra uşağın vəziyyəti ilə bağlı məqamları bildirəcəyik. Bu gün tibbi müayinədən keçməyə göndəriliblər. Düşünürəm ki, körpədə sağlamlığı, inkişafı ilə bağlı geriləmə var. Qonşular demişdi ki, uşaqlar gecə saatlarında küçədə olublar. Rəqsanə də bunu təsdiqləmişdi. Belə bir məlumat var ki, həbsdən əvvəl narkoloji dispanserdə müalicə olunub. Biz də rəsmi şəkildə müraciət edəcəyik, sorğu göndərəcəyik. Qaldı ki, analıqdan məhrum edilmə məsələsi ilə bağlı qərarı aidiyyəti dövlət qurumları verməlidir. O valideyn öz hüquqlarını edib, ya yox. Məhkəmə hüquqi qiymət verəcək. Biz lazımi sənədləri toplayacağıq. Daxili İşlər Nazirliyinə uşağa olan davranışlarla bağlı müraciət edəcəyik. Atalığın müəyyən edilməsi isə hər iki uşaqla bağlı olacaq. Burada birinin yox, digərinin də atasının təxmini kim olduğunu bilirik. Araşdırma gedəcək, heç bir vəsait toplamaq lazım deyil. O ata zəhmət çəkib məhkəmə qərarı ilə atalıq testi verəcək və müəyyən ediləcək. Problem odur ki, Suel (T. Səmədovanın böyük qızı, - red.) həyat boyu atasına zəng edib o sözü demək istəməzdi. Onun uşaqlığından istifadə edilib. Şikayəti verəndə, həbs qətimkan qərarına səbəb olanda həmin adamın özüdür”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ