Azərbaycan Qızıl Aypara Cəmiyyəti: Türkiyəyə 181 min manatlıq yardım göndərilib
"Səninləyəm Türkiyəm" adlı yardım kampaniyası davam edir.
Bu barədə Lunar.az-a Azərbaycan Qızıl Aypara Cəmiyyətindən məlumat verilib. Qeyd olunub ki, yardım kampaniyasının 3-cü mərhələsi də başa çatıb. Bu mərhələ çərçivəsində 453 128 TL həcmində Türkiyəyə yardım göndərilib.
Ümumilikdə isə, 3 mərhələ yekununda 2 023 686 TL (181 023 97 AZN) yardım olunub.