Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Rusiya şərtini açıqladı: “Ukrayna ilə danışıqlara hazırıq”

Rusiya şərtini açıqladı: “Ukrayna ilə danışıqlara hazırıq”

"Rusiya mövcud reallıq əsasında Ukrayna ilə danışıqlara hazırdır, amma ilkin şərt olmadan".

Lunar.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

"Klassik bir fikir var, buna görə, istənilən düşmənçilik danışıqlarla başa çatır və biz artıq belə danışıqlara hazır olduğumuzu demişik. Amma yalnız ilkin şərt olmayan danışıqlara, mövcud reallığa əsaslanan danışıqlara, açıq elan etdiyimiz məqsədləri nəzərə alan danışıqlara", - Rusiya rəsmisi bildirib.

Verşinin eyni zamanda qeyd edib ki, Moskva ilə danışıqlara dair qərar Kiyevdə deyil, Vaşinqton və Brüsseldə verilir:

"Bundan əvvəl danışıqlar olub, Minski və İstanbulu xatırlayırsınız. O da yadınızdadır ki, Ukrayna tərəfi bundan imtina etdi, çünki qərar Kiyevdə yox, başqa paytaxtlarda, ilk növbədə Vaşinqtonda, Brüsseldə verilir".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ