Türkiyənin məşhur aktyoru Erkan Petekkayanın ailəsinə ağır itki üz verib.
Lunar.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçinin həyat yoldaşı Didem Petekkaya sosial şəbəkə hesabında ailə üzvlərinin fotolarını paylaşaraq, onların zəlzələ zamanı dağıntılar altında qalaraq həlak olduğunu yazıb.
"Olmadı... Allah hər kəsin köməkçisi olsun", - deyə D.Petekkaya bildirib.
Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb.