Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Zəlzələdən zərər çəkənlərə aylıq 2 min lirə kirayəhaqqı veriləcək

Zəlzələdən zərər çəkənlərə aylıq 2 min lirə kirayəhaqqı veriləcək - Ərdoğan

Evi dağılan, ağır və ya orta dərəcədə zədələnən vətəndaşlara aylıq 2 min lirə kirayəhaqqı ödəniləcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, zəlzələdən öncə ev sahibi olanlara 5 min lirə, kirayədə qalanlara isə 2 min lirə kirayə yardımı ediləcək.

"Bu işlərlə bağlı 100 milyard lirə ayırdıq. Dağıntıların təmizlənməsi işlərindən sonra tikinti işlərinə başlayacağıq", - deyə R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ