“Mən də 2 yekə torba isti paltar, üst geyimi, ayaqqabı, papaq yığmışam. Sadəcə deyiləndən sonra ki, 2-ci əl paltarlar lazım deyil, artıq yollamağa ürək eləmirəm”.
Lunar.az yazır ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial media hesabında yazıb.
Türkiyədəki zəlzələ qurbanlarına yardım etmək istəyən sənətçi daha sonra izləyicilərinə “Görəsən, Suriyaya necə yollaya bilərəm”, - deyə, sual ünvanlayıb.