Əsil adı Hikmet Ağca olan Knock Out ləqəbli repçi Hatayda 72 saatdan sonra dağıntılar altından xilas edilib.
Lunar.Az axşam.az-a istinadən xəbər verir ki, musiqiçi yaşadıqlarını sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.
"Dostlar, telefonu yeni əlimə aldım. Buralar çox pis haldadır. Mən şanslı olanlardanam. 72 saat sudiyanın altındakı zirzəmidə 3 metrlik divarın altında qaldım. Allah razı olsun, "AFAD" əməkdaşları xilas etdi. Nə qədər insan zəng edib, yazıb. İndi yaxşıyam, burnum belə qanamadı" deyə, Hikmet bildirib.