Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ölənlərin sayı 14351 oldu, 63794 yaralı var - YENİLƏNİB - FOTO

Ölənlərin sayı 14351 oldu, 63794 yaralı var - YENİLƏNİB - FOTO

15:26

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 14 351-ə yüksəlib. Yaralıların sayı isə 63 794 nəfərə çatıb.

-------

14:26

Türkiyədə zəlzələdə ölənlərin sayı 14 014 nəfərə çatıb.

Bu barədə Qaziantepdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 63 794 nəfərdir.

Dağılan bina sayı isə 6444-dür.

--------
10:04

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.


Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.

---------
07:17

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 914 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

08.02.2023

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 9057-ə yüksəlib. Yararlıların sayı isə 52979 çatıb.

--------

15:00

Türkiyədə zəlzələdə həlak olanların sayı 8574 nəfərdir.

Bu barədə Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, zəlzələ nəticəsində 49 133 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.

--------

12:34

Türkiyədə zəlzələdə ölənlərin sayı 7 108 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində xəsarət alanların sayı 40 910 nəfərdir.

-------
11:55

Türkiyədə zəlzələdə ölənlərin sayı 6 957 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində xəsarət alanların sayı 38 224 nəfərdir.

-------
10:41

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6234-ə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 37 011 nəfər yaralanıb.

--------
01:18

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 5894 nəfərə, yaralananların sayı isə 34.810 nəfərə çatıb.

turkiyee

turkiyee








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ