"Son 20 ildə yer aktivlik dövrünü yaşayır".
Lunar.Az APA-ya istinadən bildirir ki, bunu akademik Fəxrəddin Qədirov Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda bu il fevralın 6-da Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr mövzusuna həsr olunmuş Ümumrespublika elmi seminarında deyib.
Onun sözlərinə görə, Afrika piltəsinin aktivləşməsi Ərəb piltəsinin də aktivləşməsinə səbəb olub: "Nəticədə də biz, bölgədə belə zəlzələlərin şahidi oluruq və görünür ki, hələ davam edəcək. Türkiyədə baş verən zəlzələlərdən sonra afterşoklar hələ də davam edir. Düzdür, zəlzələnin baş verəcəyi vaxtı proqnozlaşdırmaq mümkün deyil, amma onunla yaşamağı öyrənməliyik. Hesab edirik ki, Xoyda olan zəlzələ də Ərəb piltəsindəki aktivləşmənin nəticəsi idi".