Tayvan adasının şərq hissəsində 5,1 bal gücündə zəlzələ baş verib.
Lunar.Az Trend-ə istinadən bildirir ki, bu barədə Çinin seysmoloji mərkəzindən bildirilib.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 04:20-da qeydə alınıb. Yeraltı təkanların episentri Hualyan şəhərindən 34,4 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 15,8 km dərinlikdə olub.