Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycanda qızı zorla qaçıranlar TUTULDU

Azərbaycanda qızı zorla qaçıranlar TUTULDU

Salyanda qızı zorla qaçıranlar saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, fevralın 3-də günorta saatlarında Salyan Rayon Polis Şöbəsinə rayonun Kürsəngi kəndi ərazisində Yolüstü kənd sakini olan bir qızın iki nəfər tərəfindən qaçırılması barədə məlumat daxil olub.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən hadisəni törədən rayonun Yeni Uluxanlı kənd sakinləri Z.Səfərli və M.Hüseynov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

***

10:40

Salyanda gənc qız zorla qaçırılıb.

Milli.Az bildirir ki, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Zöhrab Natiq oğlu Səfərli və həmkəndlisi 2003-cü il təvəllüdlü Mirsabir Bəhrəm oğlu Hüseynov ilə birlikdə 1998-ci il təvəllüdlü Aliyə Alıyevəni (ad, soyadı şərti) rayonun Kürsəngi kəndi ərazisində zorla maşına mindiriblər.

Mirsabir Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə qaçırılan gənc qızı evlənmək məqsədilə aparıblar.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanaraq istintaq aparılır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ