08:31
Bazar ertəsi Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.
Lunar.Az Trend-ə istinadən bildirir ki, bunu təbii fəlakətdən zərər çəkmiş Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərinin valilərinin məlumatları sübut edir.
----------
08:21
Milli.Az bildirir ki, Şanlıurfa Valisi Salih Ayhanın sözlərinə görə, zəlzələdə 17 nəfər ölüb, 30 nəfər yaralanıb.
Malatya Valisi Hulusi Şahin bildirib ki, zəlzələdə 23 nəfər ölüb, 420 nəfər yaralanıb.
Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.
Bu barədə şəhərin valisi Hulusi Şahin bildirib.
Onun sözlərinə görə, bölgədə 140 dağılmış bina var.
İsrailin Ankaradakı səfirliyi zəlzələnin yol açdığı dağıntılar və tələfatlarla bağlı Türkiyəyə başsağlığı verib.
Bununla bağlı diplomatik korpusun tviter səhifəsində müvafiq paylaşım edilib.
"Bu gün sabaha sarı yaşanan zəlzələdən sonra qəlbimiz və dualarımız türk xalqının yanındadır. Həlak olanların sevənlərinə və türk xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik", - tvitdə qeyd olunub.
Türkiyənin Diyarbakır şəhərində ölkənin böyük hissəsini əhatə edən zəlzələ nəticəsində 6 nəfər ölüb, 79 nəfər yaralanıb.
Bu barədə şəhərin valisi Ali İhsan Su bildirib.
"6 bina dağılıb, 6 vətəndaşımız həlak olub, 79 nəfər yaralanıb", - o vurğulayıb.
Türkiyənin Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Bu barədə şəhərin valisi Salih Ayhan məlumat verib.
Onun sözlərinə görə, yaralananların sayı 30-dur.
* * *
Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.
Dağıntılar altından artıq 6 nəfərin meyiti çıxarılıb.
Dağıntılar ölkənin əsasən Hələb və İdlib bölgələrində qeydə alınıb.
Türkiyədə 7,4 bal gücündə zəlzələdən sonra dağılan əyalətlər:
▪️Kahramanmaraş
▪️Osmaniye
▪️Hatay
▪️Qaziantep
▪️Malatya
▪️Adiyaman
▪️Adana
▪️Kilis
▪️Diyarbəkir
▪️Şanlıurfa
07:43
Türkiyənin Malatya şəhərində 130 bina dağılıb, 100-dən çox yaralı var, 3 nəfərin meyiti isə dağıntılar altından çıxarılıb.
Lunar.Az Trend-ə istinadən bildirir ki, bu barədə şəhərin valisi Hulusi Şahin deyib.
"Axtarış-xilasetmə əməliyyatları davam edir", - şəhərin valisi vurğulayıb.
Türkiyədə zəlzələ zonasında 4-cü dərəcəli həyəcan elan edilib.
Bunu daxili işlər naziri Süleyman Soylu deyib.
"4-cü dərəcəli həyəcan elan edilib. Hələlik dağıntı və tələfat barədə konkret məlumat yoxdur" - deyə nazir bildirib.
Milli.Az bildirir ki, Türkiyənin Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfərin öldüyü bildirilib.
Rəqəmləri şəhərin valisi Salih Ayhan açıqlayıb.
"İlkin məlumata görə, 16 bina dağılıb. 10 vətəndaş ölüb. Vətəndaşları yolları xilasedicilər üçün boşaltmağa çağırırıq", - o vurğulayıb.
Türkiyənin Adana şəhərində 17 və 14 mərtəbəli yaşayış binası tamamilə dağılıb.
Bu barədə şəhərin meri Zeydan Karalar deyib.
Bildirilib ki, ilkin məlumata görə, hazırda şəhərdə ümumilikdə 3 bina çöküb. Dağıntılar altında xeyli sayda insanın qaldığı güman edilir.
Türkiyənin Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb.
Bildirilib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.
Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb.
Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.