Azərbaycanda sünnət olunan qadınlar danışdı: "Qorxulu deyil"
Afrikada və Yaxın Şərq ölkələrində qadınların sünnət olunduğunu bilirdik. Lakin Azərbaycanda da bu adət var.
Məsələn, Zaqatalanın bəzi kəndlərində qadınlar bu günədək sünnət olunurlar. Rayonun Danaçı və Makov kəndlərində yaşayan qadınlar da bunu təsdiqləyiblər.
Məsələ ilə bağlı Baku TV-yə danışan qadınlardan biri qeyd edib ki, bu adət avarlarda əvvəldən var. Onun qızı da, nəvəsi də sünnət olunublar.
"Müsəlmanlığa görə uşaqlar sünnət olunmalıdır. Bir damcı qan çıxarırlar. Qorxulu deyil. Heç bir fəsadı olmur", - deyə kənd sakini bildirib.
Qeyd edək ki, qadın sünnəti onun cinsi orqanının xaricdən kəsilməsi və ya tamamilə götürülməsi ilə müşayiət olunur. Adətən böyük cinsiyyət dodaqlarının (labia) və klitorisin kəsilməsi ilə baş tutur və Dünya Sağlamlıq Təşkilatı onu "tibbi əsas olmadan qadın cinsi orqanlarına zədə törədən proses kimi" təsvir edir.