Goranboy rayonunda körpə uşaq meyiti tapılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Kəpənəkçi kəndində körpə uşaq meyiti tapılması ilə bağlı məlumat daxil olub.
“Dərhal polis və rayon Prokurorluğunun əməkdaşları həmin əraziyə gələrək müvafiq araşdırmalar aparıb. Meyit müayinə olunası üçün ekspertizaya təqdim edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb”, - DİN rəsmisi qeyd edib.