Nikol Paşinyan: “Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradıla bilər”
“Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradıla bilər”.
Lunar.az“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, qadınlar üçün könüllü hərbi xidmətlə bağlı institutun tətbiqi planlaşdırılır.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan müdafiə nazirinin müavini Armen Sarkisyan bildirmişdi ki, qadınların hərbi xidmətə qəbulu ilə bağlı qanun layihəsi hazırlanır.