Ankarada törədilən terror nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
lunar.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib.
Məlumata görə, hadisə yerində 30 nəfər həyatını itirib, 7 yaralı isə xəstəxanada dünyasını dəyişib. Hazırda 15-nin vəziyyəti ağır olmaqla yaralıların sayı 125-dir.
Qeyd edək ki, martın 13-də Bakı vaxtı ilə saat 20:45-də Ankaranın “Kızılay” meydanı yaxınlığında terror aktı törədilib.