Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
ABŞ-də naməlum şəxs yoldan keçənləri güllə yağışına tutdu: Ölən və yaralananlar var

ABŞ-də naməlum şəxs yoldan keçənləri güllə yağışına tutdu: Ölən və yaralananlar var

ABŞ-nin paytaxtı Vaşinqtonda naməlum şəxs yoldan keçənlərə atəş açıb.

Lunar.az oxu.az-a istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb.

Zərərçəkənlərdən biri hadisə yerinin yaxınlığındakı Çin restoranında oturarkən güllələnib. Nəticədə qadın hadisə yerində keçinib.

Bundan başqa, bir yeniyetmə çiynindən yaralanıb. 15 yaşlı məktəbli silahlı şəxsə elə öz tapançası ilə cavab verib (O, lisenziyasız tapança gəzdirdiyinə və silahla bağlı digər cinayətlərə görə məsuliyyətə cəlb olunacaq).

Digər qurban ayağından yaralanıb.

Hazırda polis atəş açan şəxsi axtarır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ