Mobil cihazlar da POS-terminal kimi istifadə ediləcək - Rəsmi
POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib.
Lunar.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərar ilə nağdsız ödənişlərin qəbulunda lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihazların da POS-terminal kimi istifadəsi üçün hüquqi əsas yaradılıb, POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib.
Müvafiq dəyişiklik ucuz ödəniş üsullarından hesab edilən “mPOS” texnologiyasının tətbiqini təmin etməklə nağdsız ödənişlərin genişləndirilməsini, rəqəmsal ödənişlərin qəbulu üzrə alternativ həllərin artmasını, pərakəndə ticarət dövriyyəsinin daha da şəffaflaşdırılmasını, bank və sahibkarların xərclərinin azaldılması təmin ediləcək.