Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bələdiyyə sədri 3000 manat cərimə olunub

Bələdiyyə sədri 3000 manat cərimə olunub

Əraziyə cavabdeh şəxs cəzalandırılıb.

Beyləqan rayonu, Birinci Şahsevən kəndi yaxınlığında tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Milli.Az-a bildirib ki, faktla bağlı Birinci Şahsevən bələdiyyəsinin sədri Azad Məmmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

"Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş verilib",-B. Məhəmmədov bildirib.








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ