34 yaşlı şairə və bəstəkar Sahilə Qurbanova vəfat edib.
Lunar.az xəbər verir ki, bu barədə müğənni Nərmin Kərimbəyova məlumat yayıb. Onun sözlərinə görə, Sahilə ötən gecə qəflətən dünyasını dəyişib:
“Vallah, bilmirəm nə deyim. Gənc istedada “Allah rəhmət etsin” kəlməsi heç yaraşmır. Balaların yetim qaldı, çox heyif səndən”.
Qeyd edək ki, S.Qurbanov Nərminin "Mənə zaman ver" mahnısının müəllifi olub.
Onu da qeyd edək ki, Sahilə bir sıra dövlət qurumlarında işləyib. Son olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda çalışıb. Axşam.az