Partlayışda yaralananlardan daha bir nəfər vəfat etdi
Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.
Lunar.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə bu gün günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.
Mərhum gecə klubunda ofisiant işləyirmiş.
Qeyd edək ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 35 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.
Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.