Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
“Location”dakı partlayışda xəsarət alan əcnəbi qadın o imiş... - Foto

“Location”dakı partlayışda xəsarət alan əcnəbi qadın o imiş... - Foto

Məlum olduğu kimi, “Location” gecə klubunda baş verən partlayış zamanı xəsarət alanlardan ikisi xarici ölkə vətəndaşıdır. Bunlar biri italiyalı Vikili Valeri, digəri isə seneqallıdır. Partlayışdan sonra yaralılarla bağlı siyahıda Seneqal vətəndaşının adı qeyd olunmamışdı.

Lunar.az “qafqazinfo”ya istinadən onun kimliyi barədə bəzi məlumatları təqdim edir.

Məlumata görə, gecə klubunda baş verən partlayışda ağır xəsarət alan qadının adı Sameeradır. O, sözügedən klubda rəqqasə kimi fəaliyyət göstərirmiş. Bundan başqa, afrikalı qadın model kimi də çalışıb. Sameera hətta müğənnilərdən birinin klipinə də çəkilib.

Qeyd edək ki, Seneqal vətəndaşı partlayışdan sonra Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ