Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ərdoğan bu məşhur şəxsə 1 milyonluq təzminat davası açdı - ŞOK

Ərdoğan bu məşhur şəxsə 1 milyonluq təzminat davası açdı - ŞOK

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Kamal Kılıçdaroğlunun TBMM Qrup İclasındakı çıxışı zamanı və sosial media hesabındakı paylaşımlarında şəxsi hüquqlarını pozduğu üçün ona qarşı 1 milyon lirəlik (115528 manat) mənəvi təzminat iddiası qaldırıb.


Manset.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərdoğanın vəkili Hüseyn Aydın verdiyi yazılı açıqlamada Kılıçdaroğlunun martın 22-də Ərdoğanın şəxsi hüquqlarına hücum etdiyini bildirib.

Aydın "ehtiyat tədbiri" üçün məhkəməyə müraciət edildiyini bildirib. O, Ərdoğana qarşı hücumun qarşısını almaq üçün müttəhimin qeyd olunan ifadələrdən istifadəsinin dayandırılmasını tələb etdiklərini qeyd edib.

“Ankara 16-cı Asliye Cəza Məhkəməsi 1 aprel tarixli müvəqqəti qərarı ilə TMK-nın 24 və 25-ci maddələri çərçivəsində işlətdiyi ifadələrə görə, Kamal Kılıçdaroğlunu qarşıdakı dövrdə daha diqqətli olması üçün ehtiyat tədbiri olaraq xəbərdar etmək qərarı verilib” deyə, vəkil bildirib.

Lunar.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ