Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Zelenski “Qremmi" səhnəsindən səsləndi - "Bizə dəstək olun, susmayın"

Zelenski “Qremmi" səhnəsindən səsləndi - "Bizə dəstək olun, susmayın"

Las-Veqasda baş tutan 64-cü “Qremmi" mükafatlarının təqdimetmə mərasimində Ukrayna Prezidenti Volodimir Zelenski müraciət ünvanlayıb.

Lunar.az xəbər verir ki, o, çıxışında sənət adamlarını, dünya ulduzlarını Ukraynada baş verənlərə sassiz qalmamağa çağırıb:



"Musiqi ilə təzad olan nədir? Dağıdılmış şəhərlərin və ölən insanların səssizliyi. Uşaqlarımız ulduzların deyil, raketlərin şəklini çəkir. 400-dən çox uşaq yaralanıb, 153-i isə artıq dünyasını dəyişib. Artıq onların çəkdikləri rəsmləri görməyəcəyik. Valideynlər səhər yuxudan oyananda sağ olduqlarını görüb bomba sığınacağında belə xoşbəxt olurlar. Müharibə kimin sağ qalacağına və kimin isə əbədi sükuta qərq olacağını seçməyə imkan vermir”.

O, çıxışı zamanı tədbirdə onu dinləyən ulduzlara bildirib ki, hazırda ukraynalı musiqiçilər kostyum əvəzinə hərbi forma, zirehli geyim geyinir, ölkələrini müdafiə edir, xəstəxanalarda yaralılara mahnı oxuyurlar:



"Musiqiçilərimiz smokin yerinə zireh geyinirlər. Xəstəxanalarda eşitməsələr də yaralılar üçün mahnı oxuyurlar. Biz azadlığımızı qoruyuruq. İnanırıq ki, musiqi bunu dəyişəcək. Yaşamaq, sevmək, səs vermək üçün azadlığımızı müdafiə edirik. Torpaqlarımıza bombalarla qorxunc səssizlik gətirən Rusiya ilə müharibə aparırıq. Ölüm səssizliyi. Bu səssizliyi musiqinizlə doldurun. Bugünkü hekayəmizi danışmaq üçün səsləndirin. Sosial şəbəkələrdə, televiziyada müharibə haqqında həqiqəti danışın. Bacardığınız qədər bizə dəstək olun, susmayın. Müharibə bütün şəhərlərimizi məhv edir. Onlar artıq əfsanədirlər. Amma mənim onlar üçün bir arzum var: Azad olmaqları. Sizin "Qremmi" səhnəsində azad olduğunuz kimi".

Zelenskinin videomüraciətindən sonra Con Legend, ukraynalı sənətçilər Siuzanna İqlidan və onun Ukrayna ordusunda döyüşən bacısı Mika Nyuton “Azad” adlı mahnını səsləndirib.

Qeyd edək ki, daha əvvəl Zelenskinin "Oskar" mükafatlandırma mərasimində çıxışı istənilsə də təşkilatçılar buna razılıq verməmişdi.



Axşam.az





















İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ