Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ukraynada ölәn mülki vәtәndaşların sayı artmaqda davam edir

Ukraynada ölәn mülki vәtәndaşların sayı artmaqda davam edir

Ukrayna ilə Rusiya arasında fevralın 24-dən davam edən müharibədə mülki əhali arasında itkilər artır.

Nikolaev qubernatoru Vitali Kim sosial şəbəkədə verdiyi açıqlamada Rusiya ordusunun Nikolayvda regional inzibati binaya hücum etdiyini bildirib.

Ukrayna Fövqəladə Hallar Xidməti də hücumda 15 nəfərin öldüyünü açıqlayıb.

Donetskdə Rusiya tərəfdarı separatçı qondarma administrasiyanın rəsmilərinin verdiyi açıqlamaya görə, martın 30-da səhər saatlarında Ukrayna silahlı qüvvələri tərəfindən atılan raket mərmisi çoxmərtəbəli binaya düşüb.

İlk məlumatlara görə, partlayış nəticəsində yaşayış binasında yaşayan 2 nəfərin həyatını itirdiyi bildirilib və binada böyük dağıntıların olduğu qeyd edilib.


Mənbə:trt.net








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ