Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Putin dayan əmri verdi - Moskvadan KRİTİK QƏRAR: Müharibə BİTİR?

Putin dayan əmri verdi - Moskvadan KRİTİK QƏRAR: Müharibə BİTİR?

Rusiya-Ukrayna müharibəsinin gedişi bir çox ölkələrin savaşdan öncəki və sonrakı qərarlarında ciddi dəyişikliklərlə diqqət çəkməyə başladı. Bir çox dövlətlər Ukraynanın aqibəti ilə qarşılaşmamaq üçün Rusiyanı qarşısına almağa risk etmək istəmədi, kimisi də müharibənin ilk saatlarından neytrallıq nümayiş etdirməyə çalışsa da zaman keçdikcə mövqeyini açıq göstərmək qərarına gəldi.


Rusiya-Ukrayna müharibəsi öncədən proqnozlaşdırılanların əksinə cərəyan etdi. Rusiyanın ilk günlərdən istədiyini alacağı güman edilən bu müharibədə Ukraynanın seçdiyi taktiki savaş Moskvanı bir çox hallarda qərar dəyişikliyinə vadar etdi.



Ukraynanın sərt həmləsi ilə üz-üzə qalan Rusiya müharibə taktikasını dəyişərək hələ ki müdafiədə oturmaq qərarı verdi. Bununla da Moskva pərən-pərən olan ordusunu, qüvvəsini cəmləşirdirib, rotasiya edib texnika və canlı qüvvədə ilk vaxtlardan verdiyi itkilərin (xeyli sayda əsir düşən və ölənlər oldu - red) sayını azaltmaq haqda düşünür kimi görünür. Bu halda Rusiya Ukrayna ərazisinə güclü avia-raket-artilleriya zərbələri ilə çalışır ki, Ukrayna ordusu müdafiəni yara bilməsin, eyni zamanda bu yolla qarşı tərəfi daha çox ölüm-itimlə üz-üzə qoysun.

Rusiyanın belə bir qərar verməyini onun məqsədinə çatmaq üçün savaşın ilk günlərində səhv taktika seçdiyi düşüncəsini ortaya atır. Ukraynanın sərhəddə ciddi müqaviməti ilə qarşılaşmayan Rusiya ordu mənsubları bundan sonrakı proseslərin də belə rahat davam edəcəyi və proqnozlaşdırdıqları kimi qısa zamanda məsələni xeyirlərinə həll edəcəklərini düşünsələr də, müharibənin geridə qalan günləri göstərdi ki, Rusiya Ukraynanın taktiki oyununa gəldi. Bunu Ukrayna sərhədlərində Rusiyaya məxsus batan hərbi texnikalar, silah-sursat dolu yük maşınları, eləcə də çox rahatlıqla pusquya salınaraq məhv edilən tanklarının, hava hücumundan müdafiə sistemlərinin timsalında açıq-aydən görmək mümkündür.



Görünür Rusiya tərəfi anlamağa başladı ki, bu cür strategiya ilə qısa zamanda nə ordudan əsər qalar, nə də texnikasından. Əslində Rusiya ordusundakı hərbiçi qıtlığının başladığını, müharibədə bu gedişlə yaxın zamanda canlı qüvvə ehtiyyatının tükənəcəyini Kreml rəhbərinin Dobassda döyüşmək üçün könüllü dəstə yaradılması ilə bağlı müraciətindən, Suriyadan 3500-dən çox mənsubun könüllü olaraq Ukraynaya qarşı döyüşməyə dəvət edilməsi məsələsindən hiss edilməyə başladığını düşünmək olar. Hətta Qarabağın Dağlıq hissəsində cəmləşən sülhməramlı kontingentin bir hissəsinin Ukrayna ilə müharibəyə cəlb edilməsi də Rusiya ordusunda ciddi kadr çatışmazlığının yarandığından xəbər verir.

Hazırda mühribə haqqında müxtəlif versiyalar səsləndirilir: Kimisi deyir Rusiya-Ukrayna savaşı aprelin ortasına, kimiləri də may ayına qədər çəkəcəyi qənaətindədirlər.

İndi qaynar fazanın yalnız birinci mərhələsidir. Ukrayna ordusu ağıllı döyüş strategiyası seçərək Rusiyanın hücumunu dayandıra bilib. İkinci mərhələdə Ukrayna hərbçiləri əks-hücum əməliyyatına başlayacaq kimi görünür. Ən çətin mərhələ də məhz burada olacaq, çünki hücum döyüşləri müdafiə döyüşlərindən qat-qat çətin olur. Əks-hücum daha bacarıqla qurularsa, Ukrayna Rusiyadan fərqli olaraq böyük itkilərdən qaça bilər. Bu isə deməyə əsas verir ki, müharibənin əsas qaynar fazası hələ qabaqdadır.



"Finincial Times"ə görə 15 bəndlik sülh sazişinin qaralamasında öz əksini tapan əsas məsələlərə (Atəşkəs və rus qoşunlarının Ukrayna ərazisindən çıxarılması, Ukrayna tərəfindən neytral statusun elan edilməsi və ordunun sayının azaldılması, Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi və Ukraynada xarici hərbi bazalar, silahlar yerləşdirməmək öhdəliyi, ABŞ, Böyük Britaniya və Türkiyənin iştirakı ilə Ukrayna üçün təhlükəsizlik təminatlarına dair çoxtərəfli sazişin bağlanması, Ukraynada rus dilinin mühafizəsi və.s. -red) nəzər yetirsək, o zaman bu müharibənin gözlənildiyi kimi asanlıqla yekunlaşacağı heç inandırıcı görünmür.

Çünki Qərb, ABŞ Rusiyanı dalana dirəmişkən Moskvanın müharibədən qalib ayrılmasına heç cürə razı olmaz. Bu səbəbdən də Qərb Rusiyanı çökdürmək məqsədilə bundan sonra da Kiyevin dirəniş göstərməsi, sanksiyaların Rusiyani tamamilə heydən salana qədər müqavimət göstərməsi üçün əlindən gələni edəcək.

Xüsusilə bir məqamı qeyd etmək yerinə düşər: Müharibənin başlamasında əsas təşəbbüs sahibi (Müharibədən əvvəl Co Bayden bir neçə dəfə çıxışında Rusiyaya mesaj verdi ki, Rusiya-Ukrayna müharibəsi başlasa biz heç bir hərbi müdaxilə etməyəcəyik.

Lakin bununla paralel olaraq Ukraynanı da müharibə etmək üçün açıq-aşkar silahlandıraraq bu məlumatların dünya mediasında tirajlanmasına imkan yaradaraq əks cəbhəyə "Bax, Ukrayna müharibə hazırlığı görür" xəbərdalığı etmiş oldu - red) olan ABŞ çətin ki, məqsədinə nail olmadan bu savaşın dayandırılmasına razılıq versin. Artıq ən azı Rusiya qədər ABŞ-ın da bu müharibədən əli boş geri çəkilmək niyyəti yoxdur.



ABŞ hökumətinin Ukraynaya "Switchblade 600" kamikadze tipli PUA-ların tədarük edəcəyi ilə
bağlı açıqlamasından sonra bu iddia daha da güclənməyə başlayır. 13 milyard dollarlıq yardımdan sonra ABŞ-ın Ukraynaya kamikadze dronlarını göndərmək planı da bundan xəbər verirdi.

Çünki dronların (Bayraktar TB-2) Ukrayna silahlı qüvvələrinin arsenalında Rusiyaya qarşı müharibədəki effektivliyi yayılan kadrlardan da bəllidir. Buradan da aydın olur ki, ABŞ Ukraynanın müharibədə qalib gəlməsindən çox, Rusiyanın ağır məğlubiyyətini görmək üçün qərarlıdır. Bayden hakimiyyətinin ən çox başlamasını istədiyi bir savaş isə ABŞ-in istəmədən dayanacağı inandırıcı kimi görünmür.

Sanksiyalarla günü-gündən iqtisadi durumunun dalana dirəndiyi Rusiya artıq müharibənin dayanmasını ilk günlərdən daha çox istəyir. Bunu Moskvadan səsləndirilən son bəyanatlar da təsdiq edir. Amma Ukrayna Rusiyanı bağışlamaq, bu etdiklərinə görə heçnə olmamış kimi dayanmaq fikrində deyil.

Zelenskinin son "Qələbə qazanana kimi silahı yerə qoymayacağıq" açıqlamasından bir daha məlum olur ki, Qərbin, ABŞ-ın dəstəyini hər ötən gün daha çox hiss edən Ukrayna müharibəni istəyinə nail olana kimi davam etdirməkdə qərarlıdır. Rusiya muzdlular vasitəsilə qüvvələrini cəmləşdirib, hücumu genişləndirmək haqda düşünürsə, Qərb də Ukraynaya hərbi yardımlarını genişləndirir. Və belə olan halda, müharibənin tez yekunlaşması ilə bağlı deyilənlər təsdiqini tapacaq kimi görünmür.


Mənbə:News.milli.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ