"Радио Свобода" Rusiyadakı fəaliyyətini dayandırdığını elan edib.
Lunar.az xəbər verir ki, açıqlamada radionun müflis olması ilə bağlı belə qərar verildiyi qeyd olunub. Bildirilib ki, vergi orqanları həm şirkətə, həm də jurnalistlərə təzyiqlər göstərir.
"Martın 4-də yerli vergi orqanları radionun Rusiya bölməsinə qarşı iflas proseduruna başladıqdan və polisin jurnalistlərə təzyiqləri artdıqdan sonra Rusiyadakı fəaliyyətini dayandırıb” deyə, mətbuat xidmətinin məlumatında yer alıb.