Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Şuşada əsgərimizin həlak olması ilə bağlı rəsmi açıqlama

Şuşada əsgərimizin həlak olması ilə bağlı rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, martın 3-də Şuşada hərbi maşının qəza törətməsi nəticəsində bir hərbi qulluqçumuz həlak olub.

Müdafiə Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Lunar.az










Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ