Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Müharibə nə qədər davam edəcək? - Rusiyaya məxsus məxfi sənədlər dərc olundu

Müharibə nə qədər davam edəcək? - Rusiyaya məxsus məxfi sənədlər dərc olundu

Rusiya Federasiyası Qara Dəniz Donanmasının 810-cu dəniz briqadasının batalyon taktiki qrupu bölmələrindən birinin plan sənədləri Ukrayna Silahlı Qüvvələrinin əlinə keçib.

Bu barədə "Facebook"da "Vostok" əməliyyat-taktiki qrupu məlumat yayıb.

Sənədlər arasında iş xəritəsi, döyüş tapşırığı, çağırış nişanları cədvəli, idarəetmə siqnalları cədvəli, gizli nəzarət cədvəli, şəxsi heyətin siyahısı və s. var.

Sənədlər 2022-ci il yanvarın 18-də təsdiqlənib. Burada əməliyyatın 15 gün ərzində - fevralın 20-dən martın 6-dək baş tutacağı əks olunub.

Plana əsasən, Rusiyanın Orsk Hərbi Hava Qüvvələri bölməsi Stepanovka-1 qəsəbəsi ərazisinə enməli, sonra isə 58-ci Ordunun hərbi hissələri, daha doğrusu, Qara Dəniz Donanması 177-ci Əlahiddə Dəniz Alayının hərbi hissələri ilə birlikdə hərəkət etməli olub. Bu qüvvələrin son məqsədi Melitopolu almaq və nəzarəti ələ keçirmək idi.

Ukraynalı hərbçilər bildiriblər ki, bu sənədlər həm onlara, həm də Haaqa məhkəməsinə lazım olacaq./oxu.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ