Ukraynalı deputat Xarkovun müdafiəsi zamanı həlak olub
Xarkovun müdafiəsi zamanı Boqoduxov Şəhər Şurasının deputatı Sergey Qluşenko dünyasını dəyişib.
"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Boqoduxov Şəhər Şurasının saytında bildirilib.
Qeyd edək ki, hazırda Xarkov şəhərində şiddətli döyüşlər gedir. Prezident ofisinin məlumatına görə, hazırda Ukraynanın Xarkov, Çernoqov və Sumı şəhərlərində hərbi obyektlərin olmadığı yerlər hava zərbələrinə məruz qalır. Raket zərbələrinin mənbəyinin Belarus olduğu müəyyən edilib.