Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Şon Penn Rusiyanın Ukraynaya qarşı müharibəsini lentə alacaq - Foto/Video

Şon Penn Rusiyanın Ukraynaya qarşı müharibəsini lentə alacaq - Foto/Video

Amerikalı aktyor, rejissor Şon Penn Ukraynaya gedib. O, ölkəyə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlardan bəhs edən film çəkmək üçün yollanıb.

Lunar.az xəbər verir ki, ötən gün aktyorla Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş olub. Ukrayna lideri rejissorla görüşündən olan videosunu instaqram hesabında yerləşdirib.

Prezident aparatının feysbuk səhifəsində də bildirilib ki, Şon Kiyevə “Ukraynada baş verən bütün hadisələri lentə almaq” üçün gəlib.

Xatırladaq ki, noyabrda ölkənin "TSN" agentliyi Ş.Pennin "Maydan" və Donbasdakı münaqişə mövzularına toxuna biləcək sənədli film çəkmək üçün Ukraynaya səfəri barədə məlumat yaymışdı. Agentlik çəkilişlərin mümkün qədər gizli saxlanıldığını qeyd etmişdi.

Məlumatda bildirlirdi ki, ekipajın və film üçün alınan müsahibələrin məxfiliyi qorunacaq. O cümlədən cəbhə xəttində silahlı münaqişə zonasına getməyə hazırlaşırdı. Agentlik mənbələrinin məlumatına görə, amerikalı aktyor Donbassda Ukrayna tərəfinin nəzarəti altında olan dənizkənarı şəhər Mariupola getməli idi.

Qeyd edək ki, "Ən yaxşı kişi rolu" nominasiyasında iki "Oskar" mükafatına sahib Şon 2015-ci ilin oktyabrında ən böyük meksikalı narkobaron El Çapo ləqəbli Xoakin Arçivaldo Quzman Loeradan müsahibə alıb.

Müsahibə 2016-cı ilin yanvarında Amerikanın "Rolling Stone" jurnalında dərc olunub. Elə həmin ay El Çapo həbs olunub. Bu, onun yerli hüquq-mühafizə orqanları tərəfindən Şonla arasında keçən görüşlərdən sonra müəyyən edilib.



Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ