Bakıda 31 yaşlı Gülnar həyat yoldaşını niyə öldürdü: YENİ FAKTLAR - VİDEO
Ötən gün Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsində 1991-ci il təvəllüdlü Gülnar Vəlizadənin həyat yoldaşı, 1990-cı ildə anadan olmuş Elşən Hadızadəni bıçaqlayara qətlə yetirməsinin təfərrüatları yayılıb.
Lunar.az "publika.az"a istinadən xəbər verir ki, dəhşətli qətl ailə münaqişəsi zəminində baş verib. Belə ki, bir neçə il əvvəl ailə həyatı quran və 2 övlad sahibi olan cütlük xeyli vaxt imiş ki, evdə münaqişə edirlərmiş. Ailədaxili keçimsizlik o, həddə çatıb ki, azyaşlı uşaqlara qarşı da şiddət göstərilib.
Ötən gün isə G.Vəlizadə evdə baş vermiş növbəti münaqişə zamanı bıçaqla həyat yoldaşının döş qəfəsinə ağır xəsarət yetirib. Ürəyi zədələnən Elşən xəstəxanaya çatdırılsa da, orada keçinib.
Bildirilir ki, hadisə uşaqların gözü qarşısında baş verib.
O da məlum olub ki, həyat yoldaşını qətlə yetirən Gülnar son vaxtlar depressiv vəziyyətdə olub və mütamadi olaraq qəmli statuslar paylaşırmış. O, sonuncu statusunu isə qəbiristanlığa gedərək anasının məzarı üstündə şəkil çəkdirərək edib.
Həmin paylaşımı, həmçinin qətlə yetirilən Elşən Hadızadənin fotosunu təqdim edirik.