Türkiyədə "FOX TV"də yayımlanan dünyaca məşhur proqram - "Maske kimsin sen?" şousuna sanksiya tətbiq edilməsi tələb olunur.
Lunar.az türk mediasına istinadən xəbər verir ki, "Resmi gazete"nin bugünkü sayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzası olan sənəd dərc edilib. Prezident müvafiq qurumlara bu tip proqramlarla bağlı konstitusiya və qanunlardan irəli gələn sanksiyaların tətbiq edilməsini tapşırıb.
Qeyd olunub ki, "milli-mənəvi dəyərlərin sarsılmaması, ailə, uşaq və gənclərin qorunması üçün" bu cür addımlar atılmalıdır.
Xatırladaq ki, bundan əvvəl Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK də bəzi sosial media istifadəçilərinin layihə haqqında işlətdikləri bütpərəstlik və şeytanın təbliğ edilməsi iddialarını araşdırmağa başlayıb.
Qeyd edək ki, proqramın münsif kürsüsündə Melis Sezen, Alican Yücesoy, Doğu Demirkol və Eda Ece əyləşir. Verilişin aparıcılığı isə Tansel Öngelə həvalə olunub.