Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bacısı oğlu 8 ay həbsdə, özü isə 8 il vəzifədə qaldı – Yola salınan icra başçısı

Bacısı oğlu 8 ay həbsdə, özü isə 8 il vəzifədə qaldı – Yola salınan icra başçısı

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycanda son illər bu vəzifəni daşıyan yeganə xanım olan İradə Gülməmmədova vəzifəsindən azad olunub.

Qaynarinfo İradə Gülməmmədova ilə bağlı material hazırlayıb. İcra başçısı olduğu dönəmdə bir sıra qalmaqallarla yadda qalan İradə Gülməmmədova rayonda "biznesledi” kimi də tanınır. Onun yaxınlarının adına böyük şirkətlərinin olduğu da dəfələrlə mediada qeyd edilib.

2015-ci ildən 2020-ci ilə kimi, demək olar, hər gün İ.Gülməmmədovanın adı müxtəlif rüşvət qalmamaqallarında hallanırdısa, 23 iyun 2020-ci il tarixdə bu, həbslərlə əvəzlənib. Belə ki, İ.Gülməmmədovaya yaxınlığı ilə tanınan Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin həbsindən sonra onun adının hallanması bir qədər səngiməyə başlayıb.

A.Əliyev vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra Hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan müəyyən rüşvət qarışılığında tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirdiyi üçün həbs olunub.

Baş memarın həbsindən sonra İradə Gülməmmədovaya yaxınlıqları ilə tanınan və xüsusən qohumları arasında qurduğu rüşvət şəbəkəsini hüquq-mühafizə orqanları müəyyən edə bilib.

Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov, Cəfər Əkbərov, Seymur İsmayılzadə, Şamil Xəlilov, Emin Süleymanov, Babəl Alıyev, Tural Ağaməmmədov və Novruz Əliyev və daha 5 nəfərə cinayət işi qaldırılıb.

2021-ci ilin fevral ayında Babək Alıyev və Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinin sədr müavini Tural Ağaməmmədov barəsində seçilmiş polis nəzarətinə verilmə qəti imkan tədbiri dəyişdirilib. Hər iki şəxs məhkəmə zalında qandallanaraq həbs olunub.

Daha sonra məlum olub ki, həbs olunan Babək Alıyev Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın bacısı oğlu imiş. İcra başçısı müəyyən vasitələrlə qohumunu bir ilə yaxın bu cinayət işindən yayındırmağa çalışsa da, lakin bu, baş tutmayıb. Bacıoğlu həbs olunub.

Müəmmalı səbəblərdən 2021-ci ilin sentyabr ayında icra başçısının bacısı oğlu Babək Alıyev 8 ay həbsdən sonra şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb. Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri Akif Əliyev 10 il 6 ay, Xırdalan şəhər 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin keçmiş rəisi Murad Əhmədov isə 6 il azadlıqdan məhrum edilib.

İ.Gülməmmədovannı bacısı oğlu 8 ay həbsdə qalsa da, özü 8 illik icra başçısı vəzifəsindən ölkə başçısının sərəncamı ilə uzaqlaşdırılıb.

Qeyd edək ki, İ.Gülməmmədova 2 sentyabr 2015-ci il tarixli sərəncamla Abşeron rayonunun icra başçısı vəzifəsinə təyin edilib, 19 yanvar 2022-ci il tarixli sərəncamla vəzifəsindən azad olunub.

1995–2006-cı illərdə Abşeron rayon uşaq poliklinikasının baş həkimi, 2006–2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014–2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb.

Xatıradaq ki, İ.Gülməmmədova 1990-cı ildən indiyənədək Azərbaycanda icra hakimiyyəti başçısı postuna təyin olunan 4 xanımdan biri olub. 1993-2000-ci ildə Lənkəran şəhər İcra Hakimiyyəti başçısı Dilruba Camalova, 1999-2000-ci illərdə Sabirabad rayon İcra Hakimiyyətinə Səmayə Piriyeva, 1995-2005-ci illərdə Əli Bayramlı (indiki Şirvan) Şəhər İcra hakimiyyətinin başçısı Sədaqət Qəhrəmanova, 2003-cü ildən 2005-ci ilədək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Fidumə Hüseynova və sonuncu - 2015-2022-ci ildə Abşeron rayonunun icra başçısı vəzifəsinədə çalışmış İradə Gülməmmədova olub.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ