ABŞ-da insana geni dəyişdirilmiş donuz ürəyi köçürülüb.
Lunar.az "The New York Times"a istinadən xəbər verir ki, bu, donuz ürəyinin insana ilk uğurlu transplantasiyasıdır.
Əməliyyat yanvarın 7-də 57 yaşlı Daeid Bennett üzərində aparılıb. 8 saat davam edən əməliyyatın ardından donuz ürəyi xəstəyə köçürülüb.
Merilend Universiteti Tibb Mərkəzinin həkimlərinə görə, Devid hələ də ürək-ağciyər aparatına bağlıdır və onun bədəni ən təhlükəli 48 saat ərzində donor ürəyi rədd etməyib. Bununla yanaşı artıq yeni ürək öz funksiyasının çoxunu yerinə yetirir.
Qeyd edək ki, təhlükəli ürək xəstəliyindən əziyyət çəkən Devid üçün bu orqan transplantasiyası son şans olub.