Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycanda yeni ştama yoluxan var? - Rəsmi cavab

Azərbaycanda yeni ştama yoluxan var? - Rəsmi cavab

Son günlər Azərbaycanda yaxınlarının COVID-19-un yeni “Omicron” ştamına yoluxması ilə bağlı iddialara rast gəlinir. Ötən gün müğənni Aysel Əlizadə də ailə üzvlərinin yemi ştama yoluxduğunu açıqlamışdı. Onun sözlərinə görə, bir neçə ailə üzvü yeni ştama yoluxub və müalicəyə başlayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində isə səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev Azərbaycanda hələ bu ştamın aşkarlanmadığı açıqlamışdı.

Axşam.az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün TƏBİB-ə müraciət edilib. Qurumdan “qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində əhali arasında şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir: "Müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb".

Xatırladaq ki, ilk dəfə Cənubi Afrikada peyda olan "Omicron" ştamı indiyədək dünyanın 100-dən çox ölkəsində aşkarlanıb. O cümlədən, Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.


Lunar.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ