Azərbaycanda 2022-ci ildə ilk doğulan uşaqlar əkiz olub.
Lunar.az xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, ilin ilk körpəsi oğlandır. Gəncə Perinatal Mərkəzində dünyaya gələn körpələr əkizdir (ana Bərdə rayon Qarağacı kəndi).
Körpələrin çəkisi 1 kq 900 qram və 1 kq 600 qramdır.