Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ata Abdullayevə 7 il həbs verildi

Ata Abdullayevə 7 il həbs verildi

İnsanları şantaj edərək pul almaq təqsirləndirilən bloqer Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi sona çatıb.

Lunar.az Axşam.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə A.Abdullayev məhkəmədə ağlayaraq son söz deyib:

“Başqa müstəvidə günahımın nədən ibarət olduğunu bilirəm, buna görə dəfələrlə üzr istəyirəm. Mən bilirəm ki, nəyə görə buradayam”.

Məhkəmənin hökmü ilə Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, özünü bloqer kimi təqdim edən A.Abdullayev bu ilin martında DTX əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham elan edilib. Cinayət işi üzrə 4 zərərçəkmiş olub. Onlardan biri keçmiş MTN işçisi, biri Abşeron İcra Hakimiyyətinin əməkdaşı, digər ikisi isə sahibkar olub.

Qeyd edək ki, Ata Abdullayev daha əvvəl də iki dəfə cinayət törədib. 2004-cü ildə hərbi xidmətdən yayındığına görə, 2014-cü ildə isə kibercinayətkarlıq ittihamı ilə ona cəza verilib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ