Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Elnarə Xəlilovanın mayor əri jurnalistlərə hücum etdi - Video

Elnarə Xəlilovanın mayor əri jurnalistlərə hücum etdi - Video

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib.

Lunar.az “Bakupost”a istinadən xəbər verir ki, hadisə tanınmış jurnalist, Baku.TV-nin əməkdaşı Tural Museyibov DSX-nin rəisi Elçin Quliyevdən açıqlama almaq istəyərkən baş verib.

R.Cahangirov T.Museyibovu itələyib, ərazidən uzaqlaşdırmaq istəyib, bu prosesi çəkən operatora isə yumruq atıb.

Rövşən Cahangirov əvvəllər "Space" və "Lider" TV-də çalışıb.

Keçmiş media əməkdaşının özünü qoçu, qolu zorlu, zorba və kobud aparması ictimai qınaqla nəticələnib.

Qeyd edək ki, R.Cahangirov müğənni Elnarə Xəlilovanın həyat yoldaşıdır.










Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ